26 
Fev
2020
22:05
19
150
3842
Virtual karabakh

Bərdədə güclü külək məktəbin dam örtüyünü qopardı: Elektrik xətləri sıradan çıxdı - FOTO/VİDEO

26 Fev, 2020
22:05
3842

Bərdədə güclü külək məktəbin dam örtüyünü qopardı: Elektrik xətləri sıradan çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güclü külək Bərdədə məktəbin dam örtüyünü qoparıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndində baş verib.

Rayon ərazisində fevralın 24-dən əsməyə başlayan güclü külək dünən yeni tipli məktəb binasının dam örtüyünün qopmasına səbəb olub. 

Qopan dam örtüyü parçaları elektrik və internet xəttinin qırılması ilə nəticələnib. Eləcə də, məktəb yaxınlığında yaşayan kənd sakinlərinə məxsus evin damı və hasarı uçub.

Güclü külək məktəbin idman zalının şüşələrini sındırıb, məktəbin həyətindəki ağacları aşırıb.

Bildirilib ki, məsələ ilə bağlı rayon icra hakimiyyəti və Təhsil Şöbəsinə məlumat verilsə də, hələlik dam örtüyünün bərpası ilə bağlı müvafiq işlər görülmür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri