26 
Fev
2020
20:35
217
67
16448
Virtual karabakh

Azərbaycanda pensiyaçılara bu xidmət pulsuz oldu

26 Fev, 2020
20:35
16448

Azərbaycanda pensiyaçılara bu xidmət pulsuz oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, pensiya hesablarının mövcud oduğu “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur.

Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə “SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri