26 
Fev
2020
21:55
16
967
16429
Virtual karabakh

Hadi Rəcəbli qayıdır? - AÇIQLAMA

26 Fev, 2020
21:55
16429

Hadi Rəcəbli qayıdır? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

Azvision.az-ın xəbərinə görə, H.Rəcəbli açıqlamasında bildirib ki, bu barədə qərarını tezliklə açıqlayacaq.

“Hələlik qəti qərarım yoxdur. Düşünürəm”, - deyə H.Rəcəbli bildirib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il tarixli iclasında Hadi Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran Kənd Dairə Seçki Komissiyasında səsvermənin nəticələri ləğv edilib. Həmin dairədə pozuntuların olduğu bildirilib. Nəticəsi ləğv edilən 74 saylı dairədə təkrar seçkilər keçiriləcək. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri