27 
Fev
2020
03:55
7
190
3723
Virtual karabakh

Göyçayda altı otaqlı ev əşyaları ilə birlikdə yanıb - VİDEO

27 Fev, 2020
03:55
3723

Göyçayda altı otaqlı ev əşyaları ilə birlikdə yanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki,  hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb.

Kənd sakini Şakir Əliyevə məxsus ümumi sahəsi 195 kvadrat metr olan altı otaqlı ev anidən alovlanıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Alovun miqyası geniş olduğundan evə birləşik çardaq da yanıb.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı başqa tikililərə keçməsinin qarşısını alıblar, alov söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri