27 
Fev
2020
11:02
23
107
3607
Virtual karabakh

Bakı polisi hərəkətin təhlükəsizliyi ilə bağlı çağırış etdi

27 Fev, 2020
11:02
3607

Bakı polisi hərəkətin təhlükəsizliyi ilə bağlı çağırış etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub. Tərəfimizdən kompleks profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün mümkün vasitə və imkanlar icraya yönəldilir”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ötən illərin təcrübəsi, dövrün çağırış və təhdidlərinə paralel olaraq, hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir:

“Hər bir hərəkət iştirakçısı diqqətli, məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir. Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmləndirilməsidir”. 

Polis polkovniki həmçinin qeyd edib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz və sağlam yaşamaqdır:

“Ancaq necə yaşamaq – ehtiyatlı, yoxsa ehtiyatsız? Hər bir hal təkcə qanunun tələbi deyil, bu, düşüncə tərzidir. Ehtiyatlı davranmayanda, səhlənkarlıq edəndə nəticə ağır olur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri