27 
Fev
2020
11:55
74
37
4188
Virtual karabakh

QMİ-dən Həcc ziyarəti açıqlaması - Koronavirus təhlükəsinə görə

27 Fev, 2020
11:55
4188

QMİ-dən Həcc ziyarəti açıqlaması - Koronavirus təhlükəsinə görə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsi ilə əlaqədar Həcc ziyarətinin dayandırılıb-dayandırılmayacağına aydınlıq gətirib.

QMİ-dən APA-ya bildirilib ki, bu məsələ hələlik gündəmdə deyil:

“Hələlik Səudiyyə Ərəbistanında əməkdaşlıq etdiyimiz şirkətlər tərəfindən Azərbaycana heç bir müraciət daxil olmayıb. Çox güman ki, belə müraciət virusun yayıldığı ölkələrə aid olacaq”.

QMİ-dən bildirilib ki, Həcc ziyarətinə getmək üçün indiyədək 280 nəfər müraciət edib. Ziyarətə getmək üçün sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. Bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri