27 
Fev
2020
12:03
35
51
3529
Virtual karabakh

Qanunsuz ova görə cərimə məbləğləri açıqlandı

27 Fev, 2020
12:03
3529

Qanunsuz ova görə cərimə məbləğləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Arzu Səmədova jurnalistlərə açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 258-ci, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrinə görə, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1000 manatdan 2000 manatadək cərimə və ya bir ilədək islah işləri, yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Qanunvericiliyə görə qanunsuz ovla bağlı cərimələrin miqdarı ovlanan heyvanlara görə dəyişir. Məsələn, bir baş bəbiri qanunsuz ovlamaq 3300 manat, bir ceyran ovlamaq 550 manat, qonur ayı üçün 440 manat, şahin quşu üçün 1100 manat, bəzgək üçün 330 manat, dovdaq üçün 550 manat turac 330 manat, qu quşu üçün isə cərimə məbləği 550 manatdır”.

A.Səmədova qeyd edib ki, sadalanan heyvan növləri dövlət təbiət qoruqları ərazisində və ya milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər heyvan növü üçün təyin olunmuş məbləğ üçqat hesablanır:

“Belə ki, həmin ərazilərdə bir baş bəbir qanunsuz ovlanarsa 9900 manat, ceyran üçün 1650 manat, qonur ayı üçün 1320 manat, şahin quşu üçün 3300 manat, bəzgək üçün 990 manat, dovdaq üçün 1650 manat, turac üçün 990 manat, qu quşu üçün isə 1650 manat cərimə tətbiq edilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri