27 
Fev
2020
15:55
27
127
5822
Virtual karabakh

Bu qaydaları pozan abunəçilər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ

27 Fev, 2020
15:55
5822

Bu qaydaları pozan abunəçilər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir”. 

Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu kimi hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə müşahidə edilir:

“Abunəçilərdə belə bir hal aşkarlanarsa, həmin şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 il ərzində quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq”.

V.Nəbibəyli onu da əlavə edib ki, son 5 ildə 1,2 mln. yeni sayğac quraşdırılıb:

“Hazırda isə 1 mln.-a yaxın istismar müddətini keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçirilir”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri