28 
Fev
2020
02:40
16
153
3612
Virtual karabakh

Ucarda üç ədəd mina tapıldı - FOTO

28 Fev, 2020
02:40
3612

Ucarda üç ədəd mina tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ucar rayonu ərazisində minanın tapılması barədə məlumat daxil olub. 

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ucar rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli tank əleyhinə mina (UTM-62P3), 2 ədəd təlim məqsədli tank əleyhinə minanın partladıcısı (UMVÇ-62) və 1 ədəd tərkibində partlayıcı maddə olan piyada əleyhinə mina (POMZ-2) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri