28 
Fev
2020
11:30
27
183
7102
Virtual karabakh

Astara xəstəxanasında son vəziyyət: “Sağlamlığımıza görə narahatıq”

28 Fev, 2020
11:30
7102

Astara xəstəxanasında son vəziyyət: “Sağlamlığımıza görə narahatıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlıların heç bir əsas olmadan xəstəxanada saxlanıldığına dair məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, İrandan qayıdan azərbaycanlılar yüksək hərarətləri olmadığı halda koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasında saxlanılırlar.

Vətəndaşlar iddia edirlər ki, 25 nəfərin heç birində yüksək hərarət qeydə alınmayıb. Xəstəxanada saxlanılan şəxslərdən dördü Ağstafa, üçü Biləsuvar, üçü Ağcabədi, ikisi Şabran, ikisi Bakı, ikisi Lənkəran, ikisi Şamaxı, ikisi Şirvan, biri Salyan, biri Göyçay, biri İsmayıllı sakini, biri İran, biri də Almatı vətəndaşıdır. 

Xəstəxanada bir neçə dəfə hərarətlərinin ölçüldüyünü deyən şəxslər bildirirlər ki, heç birinin yüksək hərarəti olmayıb. Həmin şəxslərin hərarəti 35,8 dərəcədən - 36,5 dərəcə arasında olub. 

Onlar xəstəxanada şəraitsiz vəziyyətdə qalmaqdan səhhətlərində problem yaranacağından ehtiyat etdiklərini bildirirlər:

“Bu xəstəxanada bizi zorla xəstə edəcəklər. Sağlamlığımıza görə narahatıq. Əgər bizi virus şübhəsi ilə saxlayıblarsa, bu cür dağınıq, hər kəslə ünsiyyət qurmağımıza necə icazə verirlər?”

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri