28 
Fev
2020
12:29
11
107
3447
Virtual karabakh

Bakıda mağazada oğurluq belə görüntüləndi - ANBAAN VİDEO

28 Fev, 2020
12:29
3447

Bakıda mağazada oğurluq belə görüntüləndi - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəaliyyət göstərən mağazalardan birində oğurluq olub.

Oxu.Az xəbər verir ki, oğurluq Azadlıq prospekti, 146 K ünvanında yerləşən ayaqqabı mağazasında baş verib.

Hadisə ilə bağlı redaksiyamıza mağaza sahibi İlqar Qafarov məlumat verib.

Onun sözlərinə görə, müştəri mağazada çalışan işçinin mobil telefonunu oğurlayıb:

“Hadisə dünən axşam saat 18:20-də baş verib. Müştəri kimi mağazaya daxil olan şəxs satıcıdan fərqli ayaqqabı modeli istəyib. Xanım işçimiz müştərinin istədiyi modeli gətirmək üçün digər zala keçib. Həmin ərəfədə müştəri masanın üzərində olan Hüseynzadə Yunisə məxsus mobil telefonu götürərək mağazadan qaçıb”.

Oğurluq anbaan təhlükəsizlik kameraları tərəfindən lentə alınıb:

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri