28 
Fev
2020
14:00
20
131
4784
Virtual karabakh

Ağcabədidə mənzillərin verilməsi zamanı qarşıdurma: Saxlanılanlar var

28 Fev, 2020
14:00
4784

Ağcabədidə mənzillərin verilməsi zamanı qarşıdurma: Saxlanılanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda məcburi köçkünlərə mənzillərin verilməsi zamanı yaranan qarşıdurmaya münasibət bildirib.

DİN Mətbuat xidmətindən Bərdə Regional Qrupundan Oxu.Az-a bildirilib ki, baş verən hadisə zamanı heç bir polis əməkdaşı yaralanmayıb:

“İki nəfər xuliqanlıq etdiyinə görə Laçın Rayon Polis Şöbəsinə gətirilib. Onlar başlarını şöbənin qapısına vurub, özlərinə xəsarət yetiriblər. Həmin vaxt Laçın RPŞ-ə təcili tibbi yardım çağırılıb, onlara tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin əməlləri ilə bağlı araşdırma davam etdirilir”.

Qeyd edək ki, bu gün Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı bəzi şəxslər onlara verilən mənzillərin otaq sayları ilə razılaşmayıb. Onlar Laçın Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Polisin müdaxiləsi ilə saxlanılanlar olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri