28 
Fev
2020
15:03
11
94
5670
Virtual karabakh

Oğuzda ting satışı üstündə dəhşətli qətlin baş verdiyi ərazidən görüntülər - VİDEO

28 Fev, 2020
15:03
5670

Oğuzda ting satışı üstündə dəhşətli qətlin baş verdiyi ərazidən görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Oğuzun Kərimli kəndində kənd sakini Elşən Abdullayev qonşusu Zərqəm Məsumov tərəfindən ov tüfəngi ilə güllələnib.

Bununla bağlı Baku TV hadisə yerində çəkiliş aparıb. 

Bildirilib ki, qətlə yetirilən Elşən Abdullayev bazar ərazisində ağac tinglərinin satışı ilə məşğul olub.

Zərqəm Məsumov isə səhər saatlarında bir kisə buğda gətirərək, orada satmaq istəyib. Bu zaman Elşən Zərqəmdən buğdanı aparıb başqa yerdə satmasını tələb edib.

Qonşuların mübahisəsi daha sonra əlbəyaxa davaya çevrilib. Davadan sonra Zərqəm Məsumov yaxınlıqda olan evinə gedərək, ov tüfəngini gətirib və Elşən Abdullayevə bir neçə dəfə atəş açıb. Kişi hadisə yerində ölüb.

Qonşusunu öldürməkdə şübhəli bilinən Zərqəm Məsumov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı ov tüfəngi götürülüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza  və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri