28 
Fev
2020
17:11
17
150
2682
Virtual karabakh

Bakı sakinləri: “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq”

28 Fev, 2020
17:11
2682

Bakı sakinləri: “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunun Zabrat qəsəbəsi, Frunze 5 ünvanında yaşayan sakinlər yol və su problemindən əziyyət çəkirlər. 

Baku TV xəbər verir ki, yolların bərbad vəziyyətdə olması, kanalizasiyanın işləməməsi və suyun gəlməməsi barədə sakinlər bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər.

Onlar müraciətlərinin bu günədək cavabsız qaldığını bildirirlər:

“Yağışlı havada küçələrimiz gölü xatırladır, yay aylarında içməyə su tapmırıq. Kanalizasiya isə bütün fəsillərdə ümumi problem olaraq qalır. Yollar bərbad vəziyyətdə olduğu üçün bura taksi gəlmir. Təcili yardım da nadir hallarda gəlir, o da iş işdən keçəndən sonra”.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etsək də, rəsmi nümayəndələrlə əlaqə yarada bilmirik. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri