28 
Fev
2020
17:59
22
249
10347
Virtual karabakh

Operativ qərargah rəsmisi: “Azərbaycanda koronavirusa yoluxan şəxsin təxliyyəsi gözlənilmir” - VİDEO

28 Fev, 2020
17:59
10347

Operativ qərargah rəsmisi: “Azərbaycanda koronavirusa yoluxan şəxsin təxliyyəsi gözlənilmir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda ilk koronavirus epidemiyası aşkarlanan xəstə 1997-ci il təvəllüdlüdür”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, xəstə sərhəd-keçid məntəqəsini keçən zaman temperaturunun olduğu aşkarlanıb:

“Rusiya vətəndaşıdır. Ondan müayinə götürülüb. Hazırda vəziyyəti stabildir”.

Y.Qarayeva qeyd edib ki, üç karantin xəstəxanası var:

“Onlar Astara, Cəlilabad və Qobustandadır. Bakıda dəstəkverici xəstəxanalar da mövcuddur.

Xəstənin Rusiyaya təxliyyəsi barədə hələ düşünülmür”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri