28 
Fev
2020
18:08
66
257
19647
Virtual karabakh

Baş infeksionist dəhşətli virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı

28 Fev, 2020
18:08
19647

Baş infeksionist dəhşətli virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur”.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə qərargah üzvü - respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər:

“Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda orta məktəblər, bağçalar və universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur”.

O qeyd edib ki, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri