28 
Fev
2020
18:23
28
281
17547
Virtual karabakh

Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlandı

28 Fev, 2020
18:23
17547

Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda İranla Azərbaycan arasındakı sərhəd-keçid məntəqələrindən gələn 224 nəfər karantindədir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, onlardan 12 nəfəri İran, biri İtaliya, yeddi nəfəri başqa ölkə və digərləri isə Azərbaycan vətəndaşlarıdır:

“Hazırda müayinə aparılır. Rəqəmlər daima dəyişir. Cavabları mənfi çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri