28 
Fev
2020
19:35
221
108
13482
Virtual karabakh

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı azərbaycanlılara müraciət etdi: “Təşvişə düşməyin”

28 Fev, 2020
19:35
13482

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı azərbaycanlılara müraciət etdi: “Təşvişə düşməyin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirusa (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiqləyir. 

“Report” xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda qeyd edilib. 

Bildirilib ki, ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir. 

"Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik", - məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri