29 
Fev
2020
11:06
20
68
1924
Virtual karabakh

Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək

29 Fev, 2020
11:06
1924

Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah - martın 1-də “Yüksəliş” müsabiqəsində iştirak edən namizədlər qabiliyyət üzrə əsas imtahana qatılacaqlar.

Əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. 

Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində altı mətn və hər mətnə aid beş sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri