29 
Fev
2020
14:12
29
286
13438
Virtual karabakh

Ağdaşda karantinə alınan şəxsdə koronavirus aşkarlanıb? - VİDEO

29 Fev, 2020
14:12
13438

Ağdaşda karantinə alınan şəxsdə koronavirus aşkarlanıb? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Azərbaycana gələn Ağdaş sakini karantinə alınıb.  

Oxu.Az xəbər verir ki, Ağdaş rayonu, Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çağırış edib. 

Sahil Nuralıyevin ünvanına gedən həkim briqadası ona lazımi tibbi yardım göstərdikdən sonra məlum olub ki, o, bir neçə gün əvvəl İran İslam Respublikasından qayıdıb.

Dərhal Sahil Nuralıyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Yoluxucu Şöbəyə yerləşdirilib. 

Xəstəxananın baş həkimi İntiqam İbrahimovun sözlərinə görə, həmin şəxsdə müayinələr aparılıb və heç bir virus aşkar olunmayıb. 

O, karantin müddəti bitəndən sonra evə buraxılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri