Mar
2020
11:00
51
117
3998
Virtual karabakh

Vüsal Şirməmmədov: “Avtomobil ehtiyat hissələrini “Ştutqart”da kreditlə almaq mümkündür” - MÜSAHİBƏ

3 Mar, 2020
11:00
3998

Vüsal Şirməmmədov: “Avtomobil ehtiyat hissələrini “Ştutqart”da kreditlə almaq mümkündür” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayında 16 illiyini qeyd edən “Ştutqart” Mağazalar Şəbəkəsinin fəaliyyəti, keçirəcəyi kampaniyalar və ehtiyat hissələrinin kreditlə satışı barədə Oxu.Az-ın suallarını şirkətin  kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov cavablandırıb.

- İstərdik “Ştutqart” Mağazalar Şəbəkəsinin fəaliyyəti və onun yaranma tarixi ilə bağlı ətraflı məlumat verəsiniz.

- “Ştutqart” Mağazalar Şəbəkəsi artıq 16 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2004-cü ildə əsası qoyulan “Ştutqart” müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. 

“Ştutqart” yarandığı ildən Azərbaycan bazarında orijinal keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməkdədir. Şirkət Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı, həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribüterinə çevrilib. Qısa zaman ərzində “Ştutqart” paytaxt Bakıda öz mağazalarını artırmaqla, “Ştutqart”  Mağazalar Şəbəkəsini qurub.  

- “Ştutqart” Mağazalar Şəbəkəsinin əsas məqsədi nədir?

- Bizim başlıca məqsədimiz alıcılara daim sərfəli qiymətə orijinal və keyfiyyətli ehtiyat hissələrini təqdim edərək müştərilərin məmnunluğunu qazanmaq, həmçinin təcrübəli satıcılarımız və ekspertlərimizlə alıcılarımıza yüksək səviyyədə xidmət göstərməklə onları bu sahə üzrə maarifləndirməkdir.

- Hazırda Mağazalar Şəbəkəsinin nə qədər filialı var? Yeni filialların açılması gözlənilirmi?

- Mağazalar Şəbəkəmizin 15 filialı fəaliyyət göstərir. Hal-hazırda Bakı şəhərinin Babək, Yasamal, Biləcəri, Əhmədli, Bakıxanov, Mikrorayon, Zabrat, Neapol, Həzi Aslanov, Binəqədi, Bayıl şöbələri ilə yanaşı Sumqayıt, Lənkəran Masallı və Cəlilabad şəhərlərində filiallarımız alıcılara xidmət edir.

Bu filiallarda peşəkar kollektivimiz gün ərzində müştərilərə yüksək səviyyədə xidmət göstərirlər.  Biz hazırda sektorun ən böyük payına sahibik deməklə kifayətlənmirik.

Bu yaxınlarda “BRAVO” hipermarketlərdə mağazalarımız açılacaq, bununla bərabər burada servis xidmətini həyata keçirəcəyik. Ümid edirik ki, “BRAVO” ilə əməkdaşlıq bizə daha da geniş müştəri təbəqəsilə təmas yaratmağa imkan verəcək.

İnsanlar alış-veriş edərkən öz avtomobillərini bizim servis mərkəzlərinə etibar etməklə həm vaxtlarına qənaət etmiş olacaq həm də keyfiyyətli xidmətin şahidi olacaqlar. Burada yağ dəyişmə, balans və başqa xidmətlər göstəriləcək. 

- İlk yeni mağazanın nə vaxta açılması gözlənilir?

- “BRAVO” hipermarketlərdə ilk mağazamız mart ayının 15-də fəaliyyətə başlayacaq. Belə ki,  ilk olaraq “BRAVO”nun Koroğlu və 20 Yanvar filiallarında həm mağaza həm də servis xidmətləti açılacaq.  Daha sonra isə tez bir zamanda “BRAVO”-nun digər filiallarında da "Ştutqart"mağazaları fəaliyyət göstərəcək. 

Bizdə olan məlumata görə, artıq “Ştutqart” Mağazalar Şəbəkəsində ilk dəfə olaraq kredit şöbəsi yaradılıb. İstərdik ki, bu şöbənin əsas fəaliyyəti və şərtləri haqda məlumat verəsiniz. Öncə onu bildirim ki, müştəri məmnunluğu bizim üçün hər şeydən önəmlidir. 

Avtomobil ehtiyatı hissələrinin satışı bazarında kreditin verilməsini ilk dəfə olaraq “Ştutqart”  Mağazalar Şəbəkəsi tətbiq edib. Təbii ki, geniş filial şəbəkəmiz və təcrübəli heyətimizin olması kredit layihəsini həyata keçirməkdə bizim ən böyük stimulumuz idi. 

- Burada səbəb nə idi?

- Əsas səbəblərdən biri təbii zərurət idi. Yəni, əksər müştərilərin bizə müraciəti, istismar müddəti müəyyən qədər olan avtomobillərin sayının çox olması və s proseslər məhsulun yaranmasına səbəb oldu. Artıq altı aya yaxındır ki, kredit şöbəsi fəaliyyətə başlayıb və bu vaxta qədər ciddi nəticələr əldə etmişik. Bizim bütün filiallarımızda kredit şöbəsi fəaliyyət göstərir. Kredit verilərkən heç bir rəsmi iş yerindən arayış gətirməyə ehtiyac yoxdur.

Bununla yanaşı, heç bir komissiya haqqı tələb edilmir. Istənilən müştəri şəxsiyyət vəsiqəsi həmçinin ehtiyat hissəsi alacağı avtomobilin sənədi ilə mağazamıza yaxınlaşmaqla çox sadə şəkildə krediti əldə edə bilər.

Kredit 20-25 dəqiqə ərzində yerindəcə sənədləşdirilir. Hər bir müştəriyə layiqincə xidmət etmək bizim şərəf borcumuzdur. Bizə hər zaman müştərilər müraciət etdikdə bildiririk ki, əgər sizin avtomobiliniz xarab olubdursa, buna qətiyyən narahat olmayın, çünki “Ştutqart” var.

- “Ştutqart” Mağazalar Şəbəkəsi mütəmadi olaraq müxtəlif endirim kampaniyaları həyata keçirir.  Bu il də endirim kampaniyaların keçirilməsi nəzərdə tutulubmu?

- Bəli, “Ştutqart" Mağazalar Şəbəkəsi fəaliyyəti dövründə müxtəlif kampaniyalar həyata keçirib. Bu kampaniyalardan biri də maya dəyərinə yaxın qiymətə satış kampaniyası olub ki,  hər ayın təyin olunmuş  bir günündə müştəri ehtiyat hissələrini maya dəyərinə yaxın qiymətə gəlib alırdı.

Bu kampaniya bizim 16 illiyimizlə bağlı da olacaq, hansı ki, bu kampaniyanın finalı olacaq. Burada bir ilk yaşanacaq. Kampaniya iki gün davam edəcək. Belə ki, 7-8 mart tarixlərində baş tutacaq bu kampaniyada  8 mart beynəlxalq qadınlar bayramı günü ilə əlaqədar xanım müştərilərə xüsusi hədiyyələr veriləcək. Bundan başqa digər müştərilərə də hədiyyələr nəzərdə tutulub. Ümumiyyətlə, bu tip kampaniyalar fərqli formada növbəti aylarda da keçiriləcəkdir. 

- Novruz bayramı ilə bağlı nə kimi yenilik edəcəksiniz?

- Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə biz dəyərli müştərilərimizə “Novruz Xonçası” adlı kampaniyamız olacaq. Bu kampaniyanın şərti belədir ki, bizdən 500 manatdan yuxarı kreditlə alış edən bütün müştərilərimizə bəlli bir məbləğdə “Novruz Xonçası” olaraq hədiyyə veriləcək. Bu xonçada avtomobilə lazım olacaq ətir, təmizləyici məhsullar və s olacaq. Yəni biz Novruz bayramında müştərilərimizi hədiyyəsiz qoymayacağıq

- “Ştutqart" Mağazalar Şəbəkəsi hər zaman müştərilərin rahatçılığına çalışıb, onları daima sevindirib. Maraqlıdır daha nələr gözlənilir?

- “Ştutqart” Mağazalar Şəbəkəsi olaraq bir çox planlarımız var. Bu il yeni filiallarımız açılması gözlənilir. Bundan başqa bütün rayonlarda “Ştutqart” ın rəsmi ofislərinin yaradılmasını düşünürük. Bu ofislər vasitəsi ilə onlayın satış həyata keçiriləcək. Müştəri ofisə yaxınlaşaraq istədiyi detalların qiymətini öyrənəcək.

Daha sonra müştəri öz razılığını verərsə növbəti gün həmin ehtiyat hissələri müraciət etdiyi ofis vasitəsi ilə müştəriyə çatdırılacaq. Bu artıq mağaza formatında deyil, yeni model kimi müştərilərə təqdim ediləcəkdir. Yəni müştəri istədiyi ehtiyat hissəsini rahat şəkildə sifariş verərək ala biləcək. Burada müştəri həm vaxtına həm də puluna qənaət etmiş olacaq. Ofislərdə sifariş verilən bütün ehtiyat hissələri Bakıda mağazalarda satılan qiymətlərlə eynidir.

Hazırda biz bunun üzərində işləyirik.  Yeni modelin tətbiqi həm bizim üçün həm də müştərilər üçün çox rahat və əlçatan olacaq. Dediyim kim bütün rayon mərkəzlərində ofislərimiz fəaliyyət göstərəcək. Sifariş əsasında müştəri istədiyi ehtiyat hissəsinə ala biləcəklər.

- Maraqlıdır “Ştutqart” Mağazalar Şəbəkəsi müştəri məmnunluğunu necə öyrənir?

- “Ştutqart” Mağazalar Şəbəkəsində müştəri məmnuniyyəti hər zaman ön planda olub. Bunun üçün bizim mərkəzdə ayrıca şöbə fəaliyyət göstərir. Gündəlik alış-veriş edən şəxslərə növbəti gün zəng edilir və onlardan xidmət səviyyəsini ölçmək məqsədi ilə fikirləri öyrənilir.

Əgər müştəri hər hansı bir narazılıq bildirərsə məsələ dərhal araşdırılır. Müştəri haqlı olduğu təqdirdə təbii ki, müştərinin xeyrinə həll olur. Bundan başqa digər günlərdə də müştəri hər hansı narazılıq etdiyi təqdirdə *0440 vasitəsi ilə bizə müraciət edir. Müraciət dərhal qeydiyyata götürülür və araşdırılır. 

- Bəzən müştəri tərəfindən alınan ehtiyat hissələri istifadə edilmədiyi üçün qalır. Bu halda müştəri necə etməlidir?

- Əgər hər hansı bir müştəri “Ştutqart” Mağazalar Şəbəkəsinin istənilən bir filialından ehtiyat hissələri alıbsa və 14 gün ərzində onu işlətməyibsə və yaxud da detalın əmttə görünüşünü pozmayıbsa, aldığı çeklə bərabər yaxınlaşıb məhsulu qaytara bilər. Lakin biz müştərilərə bir qədər də güzəşt edərək bir addımda atmışıq. 

Belə ki, bizdən ehtiyat hissələri alan bütün müştəriləri qeydiyyata alırıq. Qeydiyyata alınmış müştərin artıq hansısa bir çekə ehtiyacı olmur. Artıq müştəri 14 gün ərzində üzrlü səbəbə vaxtı olmayıbsa, 30-40 gün müddətində belə mağazaya yaxınlaşıb işlətmədiyi detalı gətirib qaytara bilər.  Bizdə sistemdə aparılan qeydiyyat ona imkan verir ki, artıq həmin müştəridən çek tələb etməyək. Bu da öz növbəsində müştəri məmnuniyyəti üçün atılan  addımlardır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri