10 
Mar
2020
15:37
29
83
2071
Virtual karabakh

Azərbaycan ÜST-ün başqa mütəxəssislərini də ölkəyə dəvət edə bilər - AÇIQLAMA

10 Mar, 2020
15:37
2071

Azərbaycan ÜST-ün başqa mütəxəssislərini də ölkəyə dəvət edə bilər - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusla bağlı Azərbaycan hökumətinə kömək məqsədilə ÜST-ün Kopenhagen və Cenevrə ofislərindən ekspertlər Azərbaycandadır. Onlarla birgə işləyirik. Dünən Səhiyyə Nazirliyində TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və AQTA ilə birgə görüş keçirildi”.

APA xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, görüşdə Azərbaycandakı ümumi vəziyyətdən danışılıb:

“Ekspertlər martın 13-dək burada olacaqlar. Müxtəlif yerlərə gediləcək. Laboratoriyalara və xəstəxanalara baş çəkiləcək.

Nəticədə, Azərbaycan hökumətinin koronavirusla bağlı mübarizəyə dair 3-6 aylıq strateji planının hazırlamasına kömək edəcəyik.

Ekspertlər getdikdən sonra hökumət tərəfindən ÜST-ün başqa mütəxəssisləri də dəvət oluna bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri