12 
Mar
2020
13:00
88
16
2279
Virtual karabakh

XIX əsrə aid tarixi abidə restavrasiya ediləcək - ÖZƏL + FOTO

12 Mar, 2020
13:00
2279

XIX əsrə aid tarixi abidə restavrasiya ediləcək - ÖZƏL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına kitabxana kimi fəaliyyət göstərmiş XIX əsrə aid tarixi abidə restavrasiya ediləcək. 

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətinin katibi Bəxtiyar Muradov məlumat verib.

Onun sözlərinə görə, Nizami Gəncəvi adına 19 saylı kitabxana filialının binası olmuş tarixi abidənin yaxın zamanlarda təmirinə başlanılacaq:

“Dahi şairimizin adını daşıyan kitabxana filialı Gəncə şəhəri Hüseyn Cavid küçəsi 1 ünvanında yerləşən Hüseyniyyə məscidində olub. 1825-ci ildə tikilən tarixi bina həm də Tatlar məscidi kimi tanınıb. Məscid binası XIX əsrin tarixi memarlıq abidəsi kimi qorunur.

2018-ci ildə binada uçqun baş verdiyi üçün Gəncə Şəhər Mərkəzi Kitabxanasının Nizami Gəncəvi adına 19 saylı kitabxana filialı Cavadxan qəsəbəsi, Bursa küçəsində yerləşən binalardan birində köçürülüb.

Məscid binası qəzalı vəziyyətdə olduğundan ətrafı hasarlanıb. Mədəniyyət Nazirliyinin balansında olan tarixi abidənin yaxın zamanda təmir-bərpa işlərinə başlanılacaq”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri