13 
Mar
2020
15:10
78
11
2080
Virtual karabakh

Bakıda müğənnilik edən “bomj”u öldürən şəxs yenidən hakim qarşısına çıxarılır

13 Mar, 2020
15:10
2080

Bakıda müğənnilik edən “bomj”u öldürən şəxs yenidən hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi amansızlıqla qətl törətməkdə ittiham olunan Ramin Həsənov barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib.

Oxu.Az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinə müraciət edən R.Həsənov cəzasının yüngülləşdirilməsini istəyir. 

İş hakim Əflatun Qasımovun sədrliyi ilə araşdırılacaq. 

Qeyd edək ki, qətl hadisəsi 3 may 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin ərazidə yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 44 yaşlı Müşfiq Əliyevin meyiti tapılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi Ramin Həsənov qətlə yetirib.

Belə ki, içkili vəziyyətdə olan Ramin pulunun oğurlanmasını bəhanə edərək Müşfiqi möhkəm döyüb. Ağır dərəcəli bədən xəsarətləri alan Müşfiq elə hadisə yerindəcə keçinib.

Qətlə yetirilən M.Əliyev toylarda müğənni kimi fəaliyyət göstərib. Ancaq sonradan narkotikə qurşandığı üçün səfil həyatı yaşayıb. 

Məhkəmənin hökmü ilə Ramin Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri