14 
Mar
2020
20:07
263
67
20671
Virtual karabakh

Azərbaycandan bu ölkələrə uçuşlar dayandırıldı

14 Mar, 2020
20:07
20671

Azərbaycandan bu ölkələrə uçuşlar dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

“Report” xəbər verir ki,  bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Operativ qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririb ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri