16 
Mar
2020
19:18
74
212
4451
Virtual karabakh

Gürcüstandan Azərbaycana 170 nəfər təxliyyə edildi

16 Mar, 2020
19:18
4451

Gürcüstandan Azərbaycana 170 nəfər təxliyyə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Gürcüstandakı səfirliyi vətənə qayıtmaq istəyən 170 vətəndaşın təxliyyəsini təmin edib.

Bu barədə Report-a səfirlikdən məlumat verilib.

Martın 13 və 15-də Avropadan Türkiyə və Gürcüstan ərazisindən keçərək Azərbaycana qayıtmaq istəyən 50 vətəndaşın təxliyyəsi həyata keçirilib.

Səfirliyin həm Gürcüstanın Xarici İşlər Nazirliyi, həm də Türkiyənin Gürcüstandakı səfirliyi və Baş Konsulluğu ilə apardığı danışıqlar nəticəsində Türkiyənin müxtəlif şəhərlərindən gələn 120 Azərbaycan vətəndaşı da ölkəyə yola salınıb. Vətəndaşlar Gürcüstan hökumətinin ayırdığı avtobuslar və polis patrul maşınlarının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə çatdırılıb.

Təxliyyə olunan Azərbaycan vətəndaşları “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri