21 
Mar
2020
10:06
169
19
3205
Virtual karabakh

Bayram günü axtarışda olan altı nəfər saxlanıldı

21 Mar, 2020
10:06
3205

Bayram günü axtarışda olan altı nəfər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın polis orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də 24 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bunlardan dördü əvvəlki dövrlərdən bağlı qalmış cinayətlər olub.

Qəsdən adam öldürməyə cəhdə görə bir, qəsdən sağlamlığa ağır zərər vurmaya görə bir, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursat üzrə bir, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha 13 faktın açılması təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə altı nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri