21 
Mar
2020
13:28
273
51
6003
Virtual karabakh

“Kontakt Home” koronavirusla mübarizəyə dəstək oldu

21 Mar, 2020
13:28
6003

“Kontakt Home” koronavirusla mübarizəyə dəstək oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmiyyət qarşısında sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən “Kontakt Home” bu dəfə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət başçısının 19 mart tarixli sərəncamına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıb.

Ayrılan vəsait qlobal infeksiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində aparılacaq mübarizə tədbirlərinin həyata keçirilməsinə xərclənəcək.

“Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təminatı dövlətimizin əsas prinsiplərindəndir. Bu prinsiplərin qorunması təkcə hökumətin deyil, eyni zamanda özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir. Biz bunu şirkətimizin Korporativ Sosial Məsuliyyətinin ayrılmaz parçası kimi görürük. Bütün sahibkarları da pandemiya ilə mübarizədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olmağa çağırırıq”, - deyə “Kontakt Home”un İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Qeyd edək ki,“Kontakt Home” pandemiyaya yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri