21 
Mar
2020
20:20
376
75
22790
Virtual karabakh

DİN-dən böyük narkotik əməliyyatı: Yaralılar var - RƏSMİ

21 Mar, 2020
20:20
22790

DİN-dən böyük narkotik əməliyyatı: Yaralılar var - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 02:00 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən səkkiz nəfər saxlanılıb

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq, idarə etdikləri avtomobilləri onların üzərinə sürərək həyat və sağlamlıqları üçün real təhlükə yaratdıqlarından polis əməkdaşları xidməti silah tətbiq ediblər. Bu zaman cinayətin iştirakçılarından ikisi yaralanıb.

Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr - heroin, tiryək, marixuana və metamfetamin aşkar edilib götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri