22 
Mar
2020
20:25
282
52
5964
Virtual karabakh

“Chevrolet”, “Melissa Group” və “Collizione İtalia” da koronovirusla mübarizəyə dəstək oldu

22 Mar, 2020
20:25
5964

“Chevrolet”, “Melissa Group” və “Collizione İtalia” da koronovirusla mübarizəyə dəstək oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni koronovirus COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Chevrolet”, “Melissa Group” və “Collizione İtalia” şirkətləri tərəfindən 100 000 AZN məbləğində dəstək göstərilib. 

Qeyd edək ki, “Melissa Group” şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib və Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməzdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib.

1997-ci ildən etibarən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dileri “PerformanceCenter” şirkətidir.

“Collizione İtalia” şirkəti 10 ildən artıqdır ki, ev üçün elit ləvazimatlar seqmentində lider yerlərdən birini tutur.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri