23 
Mar
2020
17:08
218
40
1623
Virtual karabakh

“Gazelli Group” şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min AZN məbləğində vəsait köçürür

23 Mar, 2020
17:08
1623

“Gazelli Group” şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min AZN məbləğində vəsait köçürür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gazelli Group” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək, koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşulub. 

“Gazelli Group” şirkəti dövlət başçısının 19 mart 2020-ci il tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min AZN məbləğində vəsait köçürür. 

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, “Gazelli Group” şirkəti koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması və dövlətə mənfi təsirinin məhdudlaşdırılması üzrə tədbirləri dəstəkləyir.

Şirkətin daxili siyasəti, əhalinin sağlamlığının qorunması üçün hökumətin həyata keçirdiyi ardıcıl və hərtərəfli tədbirləri dəstəkləyir, həmçinin, bu günlərdə bir araya gələn və ehtiyat qaydalarına əməl edən bütün vətəndaşlara təşəkkürünü bildirir.

“Gazelli Group” şirkəti ölkənin vətəndaşlarını ÜST tövsiyələrinə riayət etməyə - əlləri tez-tez yumağa və antiseptik maddələrdən istifadə etməyə, digər şəxslərlə fiziki təmasları minimuma endirməyə və insanların sıx toplaşdığı yerlərdə olmamağa çağırır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri