24 
Mar
2020
12:34
143
56
12983
Virtual karabakh

Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA

24 Mar, 2020
12:34
12983

Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib.

Bu rejim çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə olunub. Buna baxmayaraq, hazırda karantin qaydalarını pozaraq, küçələrə çıxan yaşlı insanlar müşahidə edilir. Bəs belə məqamda sağlamlıqlarını təhlükə altına alaraq, karantin rejiminin tələblərini pozan ahıllarımızı nə gözləyir?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər kəs sağlamlıq naminə qoyulan qadağalara riayət etməlidir:

“Ola bilər ki, hansısa vətəndaşlar bilməyərəkdən küçələrə çıxır və gəzir. Onlar anlamalıdırlar ki, görülən tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədini güdür. Yaşlı, gənc demədən hər birimiz bütün tədbirlərə ciddi riayət etməliyik. Sevindirici haldır ki, böyük əksəriyyət qadağalara əməl edir, atılan addımları anlayışla qarşılayır”.

O ki qaldı qadağaları pozan 65 yaşdan yuxarı şəxslərlə bağlı tədbirlərə, DİN rəsmisi deyib ki, ilk növbədə onlarla maarifləndirici və izahedici danışıqlar aparılacaq:

“Karantin rejiminin tələblərini pozaraq küçələrə çıxan ahıllara xəbərdarlıq edilərək evlərinə yola salınacaqlar”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri