25 
Mar
2020
12:58
418
25
7170
Virtual karabakh

Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı - RƏSMİ

25 Mar, 2020
12:58
7170

Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla İran arasında sərhədin bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılır.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Qeyd edək ki, sərhədin bağlanması barədə ilk qərar fevralın 29-da verilib. Martın 12-də isə müddətin daha iki həftə uzadılması barədə qərar qəbul olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri