25 
Mar
2020
19:03
47
184
4080
Virtual karabakh

Milli Məclisin iclas saatı dəyişdirildi

25 Mar, 2020
19:03
4080

Milli Məclisin iclas saatı dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin plenar iclaslarının keçirilməsi vaxtına dəyişiklik edilib.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, plenar iclaslar saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Əgər iclas iki hissəli olarsa, bu zaman saat 13:00-dan 15:00-dək fasilə elan olunacaq. İkinci hissə isə 15:00-da başlayıb 17:00-dək davam edəcək.

Qeyd edək ki, bu vaxta qədər parlamentin iclasları saat 12:00-da başlayıb, 14:00-dək davam edib. İki hissəli iclaslarda isə 14:00-dan 16:00-dək fasilə olub. İkinci hissə 16:00-dan 18:00-dək davam edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri