26 
Mar
2020
11:00
106
37
2392
Virtual karabakh

“SR Group” şirkətlər qrupu da Prezidentin cağırışına qoşuldu

26 Mar, 2020
11:00
2392

“SR Group” şirkətlər qrupu da Prezidentin cağırışına qoşuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SR Group” şirkətlər qrupu ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq, bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirməyə hazırdır və eyni zamanda, koronavirusla mübarizə çərçivəsində operativ qərargahın tövsiyələrinə tam riayət edir.  

Şirkətlər qrupu Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 AZN məbləğində ianə edib.

“Texnomart” mağazalar şəbəkəsi, “Sağlam diş” dental klinikası və “Autostar Kaukasus” GmbH  (“Mercedes Benz” avtomobil brendinin rəsmi partnyoru), “Skaz Autohouse” MMC (“SKODA” avtomobil brendinin Azərbaycanda rəsmi distribüteri) “SR Group” şirkətlər qrupuna daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri