26 
Mar
2020
10:48
320
40
2626
Virtual karabakh

Bakıda koronavirusa qarşı dezinfeksiya tədbirləri gücləndirilib - FOTO

26 Mar, 2020
10:48
2626

Bakıda koronavirusa qarşı dezinfeksiya tədbirləri gücləndirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Oxu.Az-ın məlumatına görə, dezinfeksiya işləri aparılan yerlərə parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir.

Bu ərazilərdə oturacaqlar, səkilər gün ərzində iki dəfə dezinfeksiya edilir. 

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, paytaxt üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılmaması üçün zərurət olmadığı halda evdən çölə çıxmamağı və kütləvi yerlərdə toplaşmamağı tövsiyə edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri