26 
Mar
2020
12:10
163
25
2419
Virtual karabakh

“IDEAL perfumery&cosmetics” koronavirusla mübarizəyə 200 min manat ayırdı

26 Mar, 2020
12:10
2419

“IDEAL perfumery&cosmetics” koronavirusla mübarizəyə 200 min manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fəaliyyət strategiyasında öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və məmnuniyyətinə xüsusilə önəm verən “IDEAL perfumery&cosmetics” Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyada yayılmış COVID-19 infeksiyasına qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə öz dəstəyini göstərib.

“IDEAL perfumery&cosmetics” koronavirusun geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaq məqsədilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ianə edib. 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyasının hazırda sürətlə genişləndiyini nəzərə alaraq, “IDEAL perfumery&cosmetics” bütün vətəndaşları Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən irəli sürülən preventiv tədbirlərin şərtlərinə ciddi əməl etməyə, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə və həmrəy olmağa çağırır.

Qeyd edək ki, “IDEAL perfumery&cosmetics” mağazalar şəbəkəsi “Adore Kompani” MMC-yə daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri