26 
Mar
2020
14:53
30
222
5294
Virtual karabakh

Nazirlik rəsmisi: “Vətəndaşlar sosial xidmətləri yanlış anlayır”

26 Mar, 2020
14:53
5294

Nazirlik rəsmisi: “Vətəndaşlar sosial xidmətləri yanlış anlayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətəndaşlarımız tənha yaşlılara göstərilən sosial xidmətləri yanlış anlayır. Sosial xidmətlər hər hansı ərzaq yardımı deyil”.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.

O bildirib ki, bəzi vətəndaşlarımızın tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malik olması təəssüfedicidir:

“Bildirmək istəyirəm ki, yaşı 65-dən yuxarı tənha insanlarımıza evlərində sosial xidmətlər göstərilir. Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin “142” Çağrı mərkəzinə zəng edərək qeydiyyata düşürlər.

Lakin bəzi hallarda vətəndaşlarımız “142”yə zəng edərkən yanlış olaraq ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər. Bununla əlaqədar, diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil.

Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir”.

F.Talıbov onu da əlavə edib ki, nazirlik tərəfindən tənha şəxslərə ödənişsiz taksi xidmətinin göstərilməsi də əsassız məlumatdır:

“Eyni zamanda, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır. Belə ki, ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri