26 
Mar
2020
14:41
84
175
2462
Virtual karabakh

19 soydaşımız Varşavadan Azərbaycana gətirildi - FOTO

26 Mar, 2020
14:41
2462

19 soydaşımız Varşavadan Azərbaycana gətirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVİD-19 pandemiyası ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılmış operativ qərargah xaricdə yaşayan soydaşlarımıza mümkün dəstəyini, o cümlədən, zərurət yarandığı hallarda Azərbaycana təxliyyə olunması üzrə fəaliyyətini davam etdirir.

Bununla bağlı Oxu.Az-a Dövlət Komitəsindən məlumat verilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərlinin təşəbbüsü ilə martın 26-da 19 həmvətənimiz Varşavadan Azərbaycana qayıdıb.

Polşanın müxtəlif şəhərlərində yaşayan 19 soydaşımız ailə və şəxsi problemləri üzündən təcili şəkildə Azərbaycana qayıtmaq istəyi ilə Polşa Azərbaycanlıları Şurasına müraciət edib. Bir neçə gün Varşavadakı Azərbaycan Evində qonaq saxlanılan həmvətənlərimizin sərhədlərin bağlı olduğu şəraitdə Vətənə dönüşünün təmin olunması üçün alternativ variant seçilib. Onların öncə Varşavadan Minskə avtobusla, oradan isə təyyarə ilə Azərbaycana yola salınması qərara alınıb.

Bunun üçün PAŞ rəhbəri Fərid Cəfərli Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Polşa və Belarusun sərhəd xidmətləri ilə danışıqlar aparıb. Səfirliyimizdən həmvətənlərimizin ölkə vətəndaşı olduqlarını təsdiqləyən sənədlər alınıb, avtobusun Polşa-Belarus sərhədindən buraxılmasına nail olunub, onların əksəriyyəti təyyarə biletləri ilə təmin edilib və Minsk hava limanından Azərbaycana yola salınıb.

Hazırda 19 nəfər həmvətənimiz Azərbaycandakı mövcud karantin qaydalarına uyğun olaraq, Lerikdəki “Relaks” hotelinə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri