26 
Mar
2020
16:20
104
357
19861
Virtual karabakh

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın əməlini belə əsaslandırdı - VİDEO

26 Mar, 2020
16:20
19861

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın əməlini belə əsaslandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp”la koronavirus pandemiyası ilə bağlı yalan məlumat yayan qadın saxlanılıb. 

Oxu.Az-a verilən məlumata görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova polisə ifadəsi zamanı etdiyi əməldən peşman olduğunu qeyd edib:

“Mən bu hərəkəti bilmədən etmişəm. Narahat etdiyim insanlardan üzr istəyirəm. Sadəcə, atamı, ailəmi qorumaqdan ötrü “WhatsApp” sosial şəbəkəsi ilə qardaşımın həyat yoldaşına səs göndərdim”.

E.Məmmədova yaratdığı narahatlığa görə Azərbaycan xalqından üzr istəyib.

Qeyd edək ki, “WhatsApp” mesencerinin istifadəçisi olan qadın həmin şəbəkə vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olması ilə bağlı uydurma məlumatlar yayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri