27 
Mar
2020
00:53
33
300
8776
Virtual karabakh

Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu: Yaralılar var - YENİLƏNİB+FOTO/VİDEO

27 Mar, 2020
00:53
8776

Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu: Yaralılar var - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qara Qarayev prospektində baş vermiş qəzada xəsarət alanların kimliyi bəlli olub.  

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində 1974-cü il təvəllüdlü Nəbiyev Hacıkərim Qiyas oğlu və onun oğlu 2000-ci il təvəllüdlü Emil Nəbiyev xəsarət alıblar.  

Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

H.Nəbiyevə ayağın əzilmiş yarası, E.Nəbiyevə isə sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. 

 

00:21

Nizami rayonunda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.  

Oxu.Az xəbər verir ki, hadisə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində baş verib.  

İlkin məlumata görə, Qara Qarayev prospektilə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələrək işıqforun yaşıl işığında hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Toyota” yol-hərəkət nişanını qıraraq səkiyə çıxıb.  

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin, DYP və əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb edilib.  

Avtotexniki ekspertiza təyin edilib. Yolda sıxlığın qarşısını almaq məqsədilə polis əməkdaşları tənzimləmə işləri aparıb.  

Hadisənin təfərrüatı araşdırılır.  

Kamil Əmirli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri