27 
Mar
2020
11:19
32
174
4191
Virtual karabakh

Sahil Babayev ölkədəki sosial işçilərin sayını açıqladı - VİDEO

27 Mar, 2020
11:19
4191

Sahil Babayev ölkədəki sosial işçilərin sayını açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Həmin vaxtdan bu günə kimi 10 mindən artıq ahıl şəxs qeydiyyata alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabineti yanında operativ qərargahın dünən keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində 1600 nəfər ahıl şəxs qeydiyyata alınıb:

“8500-dən çoxu ölkəmizin digər regionlarında tənha yaşayan ahıl şəxslərdir. Ölkə üzrə bu işə 1400 sosial işçi cəlb olunub”.

Nazir qeyd edib ki, ahılların sayına uyğun olaraq, 200 sosial işçi Bakıda, təxminən 1200-ü isə regionlarda fəaliyyət göstərir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri