27 
Mar
2020
11:42
22
209
4712
Virtual karabakh

Bakının bu rayonlarında su problemi var

27 Mar, 2020
11:42
4712

Bakının bu rayonlarında su problemi var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nəsimi və Binəqədi rayonları ərazisində içməli suyun verilməsində fasilələr yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza həmin ərazidə yaşayan sakinlər tərəfindən məlumat verilib.

Nəsimi rayonu ərazisində səhər saatlarından etibarən sular kəsilib. Sakinlər su problemindən əziyyət çəkdiklərini deyirlər:

“Ölkə ərazisində mövcud vəziyyət hər kəsə bəllidir. Deyirlər ki, 20 dəqiqədən bir əllərinizi yuyun, gigiyenik qaydalara riayət edin. Su olmayan yerdə təmizliyə necə riayət edək?!”

Bənzər hadisə Binəqədi rayonunda da müşahidə edilir. Rayonun H.Hüseynov küçəsi 11 ünvanında, eləcə də digər ərazilərində içməli suyun verilməsi dayandırılıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, cavab ala bilmədiklərini deyiblər:

“Heç bir xəbərdarlıq etmədən suyu kəsirlər. Evində körpə uşağı, yaşlısı olan ailələr var. Aidiyyəti quruma zəng edirik, qəza olub deyirlər. Ərazidə hər gün nə baş verir ki, qəza olur? Suyun verilməsinin nə zaman bərpa ediləcəyi barədə də dəqiq məlumat vermirlər”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri