27 
Mar
2020
11:38
14
112
2822
Virtual karabakh

Parlament yanında komissiya: Üzvlüyə namizədlərin adları məlum oldu - SİYAHI

27 Mar, 2020
11:38
2822

Parlament yanında komissiya: Üzvlüyə namizədlərin adları məlum oldu - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclis yanında Toponimiya komissiyasının üzvlüyünə namizədlərin adları müəyyən olunub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Toponomiya komissiyasının üzvlüyünə deputat namizədlər siyahısına Nizami Cəfərov, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Musa Quliyev, Əziz Ələkbərov daxildir.

Komissiyanın deputat olmayan üzvlüyünə namizədlər isə aşağıdakılardır:

Möhsün Nağısoylu, Ramiz Məmmədov, Qara Məşədiyev, Mahirə Abbasova, Emin İmanov.
 
Məsələ Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, beşinci çağırış Milli Məclisdə Toponimiya komissiyasının sədri İsa Həbibbəyli olub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri