27 
Mar
2020
14:49
185
49
3990
Virtual karabakh

FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO/VİDEO

27 Mar, 2020
14:49
3990

FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda yerləşən “Qırmızı körpü” və Balakəndəki “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qəbul-çeşidləmə məntəqələri 24 saat fasiləsiz fəaliyyətini davam etdirir.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilir ki, qısa müddətdə çadırların sayı 20-dən 60-a, çarpayıların sayı 300-ə çatdırılan “Qırmızı körpü” və 20 çadır, 100 çarpayıdan ibarət olan “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb. Sanitar-gigiyenik tələblər tam təmin olunub. Eyni zamanda, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Martın 26-da adıçəkilən qəbul-çeşidləmə məntəqələrində olan Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, mart ayının 27-nə olan məlumata əsasən, hər cür tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları tərəfindən “Qırmızı körpü” və “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən 156 nəfər müayinədən keçirilib. “Qırmızı körpü” qəbul-çeşidləmə məntəqəsi üzrə 119, “Mazımçay” məntəqəsi üzrə isə 37 nəfər müayinədən keçirilib.

Müayinədən keçənlərdən 28 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib. Digər şəxslərin karantin rejimində qalması təmin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri