27 
Mar
2020
14:31
240
83
5788
Virtual karabakh

“McDonald’s Azərbaycan” karantində qalanları qonaq edir və onlara dəstək olur - FOTO

27 Mar, 2020
14:31
5788

“McDonald’s Azərbaycan” karantində qalanları qonaq edir və onlara dəstək olur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sağlamlıq və xoş əhval arzusu ilə “McDonald’s Azərbaycan” karantində qalanları qonaq edir və onlara dəstək olur.

Bəzən yaxşı əhval üçün, sadəcə, naharda sevdiyin burgeri, “frenç frayz”ı və digər ləzzətləri dadmaq kifayət edir. Karantində qalan insanlar sosial şəbəkələrdəki hesablarından öz emosiyalarını paylaşmaqda davam edirlər. Səbəb isə hər gün “McDonald’s”dan ləzzətli yeməkləri hədiyyə almalarıdır ki, bu, artıq kiçik “ənənə”yə çevrilib. Belə ki, “McDonald’s Azərbaycan” şirkəti Bakının müxtəlif yerlərində karantində qalan və çətin zaman keçirən hər bir insana, eləcə də onların yanında olan tibb işçiləri və FHN əməkdaşlarına dəstək olur. Hər gün “McDonald’s”dan minlərlə yemək dəsti müxtəlif ünvanlara göndərilərək təbəssüm və minnətdarlıqla qarşılanır. Aldığımız məlumata görə, bu aksiya qarşıda gələn həftələrdə də davam etdiriləcək.

“McDonald’s”dan bu hədiyyəni alan insanların paylaşdığı pozitiv şəkillər və statuslar bir daha sübut edir ki, diqqət və qayğıya xüsusilə ehtiyacın olan hallarda bu dəstəyi görmək çox önəmlidir.

Belə çətin vəziyyətdə kənarda qalmayaraq, öz töhfəsini verən hər kəsə minnətdarıq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri