27 
Mar
2020
15:00
128
65
15923
Virtual karabakh

DYP-dən xəbərdarlıq: “Rayon qeydiyyatında olan nəqliyyat vasitələri...”

27 Mar, 2020
15:00
15923

DYP-dən xəbərdarlıq: “Rayon qeydiyyatında olan nəqliyyat vasitələri...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, yol polisi ölkədə elan edilmiş karantin rejimini nəzərə alaraq, yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir:

“Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını “Evdə qal!” kampaniyasına qoşulmağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız.

Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və “Evdə qal!” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də, yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır.

Beləliklə, xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur”.

“Sürücülərdən, xüsusən də hazırda paytaxtda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.

Əlavə olaraq, bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər”, - deyə V.Əsədov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri