28 
Mar
2020
14:52
50
253
5459
Virtual karabakh

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlandı

28 Mar, 2020
14:52
5459

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda mənzildən külli miqdarda oğurluq olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Martın 26-da naməlum şəxslər Naximov küçəsində yerləşən, 1979-cu il təvəllüdlü Şahin Qarayevə məxsus mənzilin qapısını açaraq evə daxil olub, oradan 5000 manat və 10 min dollar məbləğində pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Qeyd edək ki, zərərçəkən yalnız üç saat evdə olmayıb. Buradan cinayətkarların zərərçəkənin vərdişlərini öyrəndikləri və oğurluğa diqqətlə hazırlaşdıqları məlum olur.

Faktla bağlı hələlik həbs olunanlar yoxdur. 35-ci Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.

Daxili İşlər Nazirliyinin paytaxt şöbələrindən verilən məlumata görə, ötən gün ərzində Bakıda 24 oğurluq hadisəsi qeydə alınıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri