28 
Mar
2020
15:50
289
57
3844
Virtual karabakh

Xaçmaz polisindən karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq - FOTO

28 Mar, 2020
15:50
3844

Xaçmaz polisindən karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər aparılır.

Bu barədə Oxu.Az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profilaktiki söhbətlər aparılır, onların çölə çıxmamaları barədə tövsiyələr verilərək, yaşadıqları ünvanlara qaytarılması təmin olunur.

Həmçinin, polis əməkdaşları tərəfindən xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri