28 
Mar
2020
19:50
519
120
6450
Virtual karabakh

“Azərişığ”ın əməkdaşı yaşlı sakinin kommunal xərcini ödədi

“Azərişıq” ASC ölkə başçısının və Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”. 

Bunu Oxu.Az-a açıqlamasında son günlər “Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı sosial mediada yayılan görüntüləri şərh edən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, bu günlər təmsil etdiyi qurum gücləndirilmiş iş rejimində çalışır:

“Bildiyiniz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan olunub. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” olaraq biz də bu təşəbbüsdən kənarda qala bilməzdik. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”.

“Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayıb:

“Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da “Azərişığ”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyyə edirik ki, sağlıqlarını qorumaq üçün aidiyyəti qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda çölə çıxmasınlar”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə “Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə komunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı video yayılıb. Videoda vətəndaş bu yardıma görə, “Azərişıq” əməkdaşına təşəkkür edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri